Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Emma Mədətova ölmüşdür
21.12.2013Dekabrın 14-də Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Mövsüm Poladov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Emma Mədətovanı vurmuşdur. Piyada dekabrın 21-də xəstəxanada ölmüşdür.