Cəlilabad rayon sakini Rahib Niftəliyev 8 kq-dan çox tiryəki və 2 kq-dan artıq həşişi 50 min dollara satarkən yaxalanmışdır
15.12.2013Daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçirmişlər. Daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və alqı-satqısı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstənin fəal üzvlərindən Cəlilabad rayon sakini Rahib Niftəliyev 8 kiloqramdan çox tiryəki və 2 kiloqramdan artıq həşişi Yasamal rayonu ərazisində 50 min dollara satarkən yaxalanmışdır.
Faktla bağlı respublika Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.