Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2013Dekabrın 14-ü saat 05 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Zərdab rayon sakini Fərid Həbibi idarə etdiyi “VAZ-2106” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdır. Onun sərnişinlərindən - Ucar rayon sakini Zəhra Fətəliyeva suda boğulmuş, özü və digər sərnişini - Bakı şəhər sakini Məhəmməd Mehdiyev xəstəxanaya yerləşdirilmişlər.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Gürcüstan vətəndaşı Namiq Hüseynova məxsus olması və həmin gün Nəsimi rayonu R.Məmmədov küçəsindən F.Həbibi tərəfindən qaçırılması, Masazır qəsəbəsinə sürüb, qəsəbə sakini Ramin Əmircanova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat pul və tütün məmulatı oğurlaması müəyyən edilmişdir.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.Abşeron RPŞ tərəfindən araşdırma aparılır.