Abşeron rayonu Saray qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2013Dekabrın 4-də saat 03 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində Göyçay rayon sakini Füzuli Hacıyev “KamAZ” markalı avtomobili idarə edərkən onu aşırmış, arxadan gələn Rusiya Federasiyası vətəndaşı Nuriyyə İsmayılova idarə etdiyi “Mercedes” markalı avtomobili isə ona vurmuşdur. N.İsmayılova və sərnişinləri, Rusiya Federasiyası vətəndaşları Xadijat Baymasxanova və Mübarik Qerixanova xəstəxanaya yerləşdirilmişlər.