Ağstafa rayonu Qırlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
26.11.2013Noyabrın 26-da saat 17.15 radələrində Ağstafa rayonu Qırlı kəndinin ərazisində rayon sakini Mətləb Mustafayevin idarə etdiyi “Mercedes” və Tovuz rayon sakini Ceyhun Həşimovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuş, M.Mustafayev idarəetməni itiridiyindən yolun kənarında dayanmış Ağstafa rayon sakini Niyaməddin Tağıyevi vurmuşdur. M.Mustafayev və N.Tağıyev hadisə yerində ölmüş, sərnişinləri, Ucar rayon sakini Səməd Səmədzadə və Sabirabad rayon sakini Elçin Nəsibov xəstəxanaya yerləşdirilmişlər.