Avtomaşın qaçırmış Masallı rayon sakinləri Elnur Səfərov və Elçin Səfərov tutulmuşlar
21.11.2013Noyabrın 21-nə keçən gecə paytaxtın Sabunçu qəsəbəsinin ərazisindən Bakı şəhər sakini Müsəllim Məmmədova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.
Çevik Polis Alayı və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakinləri Elnur Səfərov və Elçin Səfərov tutulmuşlar.