Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi
21.11.2013Noyabrın 21-də saat 10.00 radələrində Xətai rayonu Nobel prospektində, Bakı şəhər sakinləri Ceyhun Əhmədovun idarə etdiyi “Mercedes”, İradə Rəhimovanın idarə etdiyi “Audi”, Rövşən Zeynalovun idarə etdiyi “Mercedes”, Nazir Ağayevin idarə etdiyi “Toyota” və Aydın Ərəbxanovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur.
C.Əhmədov xəstəxanaya aparılarkən yolda ölmüş, İ.Rəhimova, N.Ağayev və sərnişinləri Sevinc Abdullayeva və Minəvvər Qurbanova xəstəxanaya yerləşdirilmişlər.