Oğuz rayonunun Muxas kənd sakini Rüfət Salamovu qətlə yetirib hadisə yerindən qaçmış Binyami Yusifov tutulmuşdur
19.11.2013Noyabrın 19-da Oğuz rayonunun Muxas kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Binyami Yusifov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Rüfət Salamovu qətlə yetirib hadisə yerindən qaçmışdır.
Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Yusifov tutulmuş, ondan 1 ədəd nömrəsi silinmiş, lüləsi kəsilmiş, müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi götürülmüşdür.