Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
02.11.2013Noyabrın 2-də saat 16.00 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisində Şəmkir rayon sakini Elçin İsmayılovun idarə etdiyi “Mercedes” markalı və Goranboy rayon sakini Elmin Ağayevin idarə etdiyi “QAZ-2757” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Ağayevin sərnişinləri, həmyerlisi Ənvər Ağayev və Ucar rayon sakini Orxan Həmidov xəstəxanaya yerləşdirilmiş, E.İsmayılov orada ölmüşdür.