Masallı rayonu ərazisində A.Məmmədova məxsus mağazadan oğurluq etmiş M.Novruzov tutulmuşdur
17.10.2013Oktyabrın 18-nə keçən gecə Masallı rayonu ərazisində rayon sakini Aqil Məmmədova məxsus ərzaq mağazasından pəncərədən girmək yolu ilə 120 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanmışdır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Mikayıl Novruzov tutulmuşdur.