Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərdiklərinə görə tutulmuş Zöhrab Şirinovun və Gürcüstan vətəndaşı Aleksandr Feradzenin digər cinayət əməlləri də müəyyən edilmişdir

16.10.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən oğurluğa cəhd göstərdiklərinə görə tutulmuş Zöhrab Şirinovun və Gürcüstan vətəndaşı Aleksandr Feradzenin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari il iyunun 25-də İlqar Məmmədovun evindən 8500 manat pul və qızıl əşyaları, avqustun 21-də Rəsul Hüseynovun evindən 1000 manat, 2800 dollar pul, 2 ədəd noutbuk, 1 ədəd mobil telefon, avqustun 28-də Nazim Gözəlovun evindən 8000 manat pul, qızıl əşyaları, sentyabrın 19-da Vahid Nəqiyevin evindən 2200 manat pul, 1 ədəd qızıl sırğa və 1 ədəd fotoaparat, sentyabrın 20-də Nicat Əliyevin evindən qızıl əşyaları oğurlamaları da müəyyən edilmişdir.

16.10.2013 tarixinə olan kriminal məlumatlar