Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10.10.2013Oktyabrın 11-də saat 20.30 radələrində Gədəbəy rayonu ərazisində rayon sakinləri Etibar Cəfərovun idarə etdiyi “KamAZ” və Xəyyam Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış X.Hüseynov və sərnişinləri, həmyerliləri İbrahim Abbasov, Elsevər Alıyev və Fərhad İbrahimov xəstəxanaya yerləşdirilmişlər.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.