Lənkəran şəhəri ərazisində idarə etdiyi avtomaşınla iki piyadanı vurmuş sürücü T.İbadzadə saxlanılmışdır
07.10.2013Oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulmuşlar. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılmışdır.
ŞRPŞ tərəfindən araşdırma aparılır.