Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
06.10.2013Oktyabrın 6-da saat 20.00 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sadiq Babayev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.