Zərdab rayon Bıçaqçı kənd sakini Fərid Şıxməmmədovun oğurluq etməsi müəyyən edilmişdir
01.10.2013Cari ilin sentyabr ayının 25-dən oktyabr ayının 2-dək olan müddət ərzində Zərdab rayonunun Bıçaqçı kəndinin ərazisində kənd sakini Ağali Sədiyevə məxsus mağazadan açar seçmək yolu ilə 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlanmışdır.
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Bıçaqçı kənd sakini Fərid Şıxməmmədov tərəfindən törədilməsi müəyyən edilmişdir.