Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
30.09.2013Oktyabrın 1-də saat 12.00 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində Türkiyə vətəndaşı Onur Sever idarə etdiyi “Ford” markalı avtomaşını yolun kənarındakı dirəyə, sonra isə idarəetməni itirdiyindən Ağsu rayon sakini Şirxan Süleymanovun idarə etdiyi “Chevrolet” markalı avtomaşına vurmuşdur. Nəticədə Onur Severin sərnişini, Müşfiq qəsəbə sakini Vüqar Nəsirov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, Müşfiq qəsəbə sakini Hikmət Cabbarov isə xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.