Sabirabad rayonu Qaragünə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
23.09.2013Sentyabrın 23-də saat 20.30 radələrində Sabirabad rayonu Qaragünə kəndinin ərazisində rayon sakini Əlizadə Sədiyevin idarə etdiyi “Mercedes” markalı və Hacıqabul rayon sakini Səməndər Vahidovun idarə etdiyi “HOVO” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Sədiyev orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.