Salyan rayonu Dayıkənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
22.09.2013Sentyabrın 23-də saat 23.40 radələrində Salyan rayonu Dayıkənd kəndinin ərazisində Lənkəran rayon sakini Mirhadi Cabbarovun idarə etdiyi “KamAZ-5410” markalı və Astara rayon sakini Allahverdi Eyniyevin idarə etdiyi “LİAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Cabbarov və sərnişini, arvadı Təranə hadisə yerində ölmüş, xəsarət almış E.Allahverdiyev isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.