DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.02.2007

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Böyükağa Ələsgərovdan 1,849 qram heroin, 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Qürbət Abuzərovdan 0,91 qram tiryək, Əfqan Xudiyevdən isə 0,347 qram heroin, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göytəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şabanovdan 0,567 qram heroin, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Eldəniz Əkbərovdan 1,075 qram heroin götürülmüşdür.