Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.09.2013Sentyabrın 19-da saat 14.00 radələrində Şəki şəhəri ərazisində şəhər sakini İsmayıl Hacıyevin idarə etdiyi “Mercedes” markalı və Kiş kənd sakini Bəhram İlyasovun idarə etdiyi “Mitsubishi” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə B.İlyasovun sərnişinlərindən Kiş kənd sakini Yasin İlyasov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Mənsur İlyasov isə xəstəxanaya yerləşdirilmişdir.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.