Qanunsuz olaraq polis geyimindən istifadə edən şəxs saxlanıldı
16.09.2013Sentyabrın 17-də DİN BDYPİ-nin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığından komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş etmişlər. Bu zaman qaçmağa cəhd göstərmiş həmin şəxs saxlanılmışdır.
Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olması müəyyən edilmişdir. Araşdırmalar aparılır.