Goranboy rayonu Yeni Veyisli qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
07.09.2013Sentyabrın 8-də saat 22.00 radələrində Goranboy rayonu Yeni Veyisli qəsəbəsinin ərazisində qəsəbə sakini Şahyəddin Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı və Gəncə şəhər sakini Taleh Şirinovun idarə etdiyi “Opel” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Ş.Hüseynov və sərnişini, həmyerlisi Bünyad Musayev, habelə T.Şirinovun sərnişinləri, Tərtər rayon sakini Səxavət Xudiyev və Gəncə şəhər sakini Şəhriyar Rəhimov xəstəxanaya yerləşdirilmişlər.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.