Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər Mərkəzi Stadionunda ictimai asayişin pozulması ilə əlaqədar cinayət işi başlanmışdır

24.08.2013

Avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atmış, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırmış, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri etmişlər.

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilmişdir. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilmişdir.

İctimai asayişi qorumağa cəlb edilmiş DİO əməkdaşlarından 6 nəfəri xəsarət almışdır.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmışdır.

24.08.2013 tarixinə olan kriminal məlumatlar