Avqustun 23-də “KTTX” MMC-yə məxsus avtomaşını qaçırmış bir qrup Xırdalan şəhər sakini tutulmuşdur
23.08.2013DİN-in Təhlükəsiz Şəhər və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də “KTTX” MMC-yə məxsus “VAZ-2106” markalı avtomaşını qaçırmış Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Məmmədzadə, Amina Movlanova və Rəna Babayeva Novxanı bağlar sahəsində tutulmuş, Masazır qəsəbə sakini Ülvi Rəşid isə müəyyən edilmişdir.
Avtomaşına baxış zamanı 1 ədəd Az 10 DL 699 dövlət qeydiyyat nişanı, O.Məmmədzadənin evinə baxış zamanı isə avqustun 21-də Abşeron rayonu ərazisindən qaçırılmış “VAZ-2106” markalı avtomaşının Az 10 BR 043 dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.