Füzuli rayonunun Arayatlı kəndi ərazisindəki mağazanın çardağında həşiş qətranı aşkar edilərək götürülmüşdür
14.08.2013Füzuli rayonunun Arayatlı kənd sakini Mirzə Qasımov DİN-in "102" Xidmətinə zəng edərək kəndin ərazisindəki, hazırda istifadə edilməyən mağazanın çardağında 1 ədəd bağlama olmasını bildirmişdir.
Füzuli RPŞ əməkdaşları tərəfindən qeyd edilən yerə baxış keçirilmiş və oradan 2 kiloqram 900 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür.