Səbail rayonu ərazisində “VAZ-2107” markalı avtomaşınla 25-30 yaşlı kişi vurulmuşdur
13.08.2013Avqustun 15-də saat 03.00 radələrində Səbail rayonu M.Hüseynov küçəsində İmişli rayon sakini Fəxrəddin Şahbazov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yolu keçən 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.