DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini Həqiqət Əhmədovaya qarşı quldurluq etmiş Tovuz rayon sakini Səbuhi Ələkbərov tutulmuşdur

28.01.2007

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Həqiqət Əhmədovaya qarşı quldurluq etdiyinə görə tutulmuş Tovuz rayon sakini Səbuhi Ələkbərov hadisəni törədərkən istifadə etdiyi 1 ədəd "TOZ" markalı tapançanı könüllü olaraq istintaqa təqdim etmişdir. S.Ələkbərova tapançanı vermiş Tovuz rayon sakini Sədi Zeynalov tutulmuşdur. Tovuz RPŞ əməkdaşları ilə birgə S.Zeynalovun evinə baxış zamanı 2 ədəd "TOZ-8", 1 ədəd qundaqsız "Vinçester", 8 ədəd ov tüfəngləri, 3 ədəd bıçaq, 18 ədəd patron, 7 ədəd tüfəng lüləsi, odlu silah üçün müxtəlif hissələr və odlu silahı təmir etmək üçün alətlər aşkar edilərək götürülmüşdür.