Qazax rayonu ərazisində rayon sakini Babək Vəliyevin idarə etdiyi avtomaşından odlu silah və vasitələri götürülmüşdür
21.07.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Qazax rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Babək Vəliyevin idarə etdiyi “Land Rover” markalı avtomaşın saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 ədəd “Makarov” tapançası, 12 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 4 ədəd keramika ilə möhkəmləndirilmiş kapsula və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.