Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.07.2013İyulun 20-də saat 07.30 radələrində Zaqatala rayonu ərazisində Qax rayon sakini Adil Babayev idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarınakı ağaca vurmuşdur. Nəticədə A.Babayevin sərnişini, Zəyəm kənd sakini Camal Abdulrahmanov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, həmyerliləri Malik Abdulrahmanov, Ramil Şamilov və Etibar Şirinov isə xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.