Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.07.2013İyulun 19-da saat 14.30 radələrində Şəmkir rayonu ərazisindəki Yasamal aşırımında Bakı şəhər sakini Canpolad Əmrahovun idarə etdiyi “Toyota” markalı avtomaşınla Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin baş giziri Zülfüqar Şıxəliyevin idarə etdiyi hərbi hissəyə məxsus “PAZ-4232” markalı avtobus toqquşmuş, sonradan avtobus aşmışdır. Nəticədə avtobusdakı sərnişinlərindən “N” saylı hərbi hissənin hərbçisi Elxan Əliyev hadisə yerində ölmüş, xəsarət almış sürücü və 6 sərnişin hospitala yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.