Novxanı kənd sakini A.Əliyevə məxsus tikinti materiallarını oğurlamış Ağdam rayon sakini Q.Cəfərli tutulmuşdur
09.07.2013İyulun 10-da Bakının Novxanı kənd sakini Allahverdi Əliyev Binəqədi RPİ 4-cü PB-yə ərizə ilə müraciət edərək 2012-ci ilin iyul ayından cari ilin iyul ayının 10-dək olan müddət ərzində Qənbər adlı qonşusu tərəfindən 30.000 manat dəyərində tikinti materiallarının oğurlamasını bildirmişdir.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Qənbər Cəfərli tutulmuşdur.