Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.07.2013İyulun 6-da saat 04.30 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Ukrayna vətəndaşı Alızadə Mamedovun idarə etdiyi “Volkswagen” markalı və Bakı şəhər sakini Nurəddin Səlimovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Mamedov hadisə yerində ölmüş, xəsarət almış N.Səlimov, sərnişinləri, arvadı Nərminə, oğlu Nurxan və qızı Nərmin isə xəstəxanaya yerləşdirilmişlər.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.