Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.07.2013İyulun 2-də saat 22.00 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində rayon sakinləri Fazil Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı və Elçin Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Məmmədov hadisə yerində ölmüş, E.Əsgərlinin xəsarət almış sərnişini, Şəmkir rayon sakini Elxan Quliyev xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.