Türkiyə vətəndaşı Elmaz Zenikəri qaz balonunun sızmasından partlayış nəticəsinda aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir
01.07.2013İyulun 2-də saat 03.10 radələrində Lənkəran şəhəri Ş.Xiyabani küçəsi ev 46/10 mənzil 12-də məişətdə istifadə edilən qaz balonunun sızmasından partlayış baş vermişdir. Nəticədə mənzilin qapı və pəncərələri sınmış, orada kirayədə yaşayan Türkiyə vətəndaşı Elmaz Zenikəri isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.