Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa görə tutulmuşlar Rusiya Federasiyası vətəndaşları Z.Samoyova və T.Doçenkonun digər oğurluq əməlləri də müəyyən edilmişdir

30.06.2013

BCAİ, Nəsimi RPİ və Səbail RPİ 9-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Türkiyə vətəndaşı Mutlu Başak Ethem qızına məxsus içərisində 435 manat pul, 2 ədəd bankomat kartı və şəxsi sənəd olan pul kisəsini çantasından oğurlamış Rusiya Federasiyası vətəndaşları Zita Samoyova və Tamara Doçenko tutulmuşlar.

    Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Yeganə Əliyevaya qarşı zor tətbiq edərək içərisində 56 manat pul və şəxsi sənədi olan kisəsini almaları, Aygün Rzayevaya məxsus içərisində 30 manat pul, 1 ədəd mobil telefon və 2 ədəd bankomat kartı, Rəvanə Ələkbərovaya məxsus içərisində şəxsi sənədlər olan çantalarını, Solmaz Paşayevaya məxsus içərisində 340 manat pul və evinin açarları olan kisəni və cari ilin iyun ayının 27-də Səbail rayonunun ərazisindəki “Manqo” magazasında Bakı şəhər sakini Aynur Sultanovaya məxsus içərisində mobil telefonu olan çantanı oğurlamaları müəyyən edilmişdir.

30.06.2013 tarixinə olan kriminal məlumatlar