DİO əməkdaşları yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv etmişlər
28.06.2013Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi, Tovuz RPŞ və Gədəbəy RPŞ əməkdaşları Azaflı kəndi ərazisindən çəkisi 2 ton 96 kiloqram olan 5988 ədəd, Slavyanka kəndi ərazisindən çəkisi 1 ton 85 kiloqram olan 1610 ədəd, Novo-Saratovka kəndi ərazisindən çəkisi 1 ton 35 kiloqram olan 1370 ədəd, Düz Qırıqlı kəndi ərazisindən çəkisi 1 ton 250 kiloqram olan 650 ədəd, Qazax RPŞ əməkdaşları Yuxarı Salahlı kəndi ərazisindən çəkisi 4 ton 776 kiloqram olan 13689 ədəd, Hacıqabul RPŞ əməkdaşları Meyniman kəndi ərazisindən çəkisi 1 ton 700 kiloqram olan 2954 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv etmişlər.