Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
10.06.2013İyunun 11-də saat 07.00 radələrində Nizami rayonu H.Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Səbinə Tanrıverdiyeva vurulmuşdur. Nəticədə S.Tanrıverdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.