Avtobusdan yıxılaraq xəsarət almış Gədəbəy rayon sakini Elşən Şirəliyev ölmüşdür
03.06.2013İyunun 3-də Gədəbəy rayon sakini Elşən Şirəliyev Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Müstəcəb Ağayevin idarə etdiyi "Daevoo" markalı 109 saylı xətt avtobusunun açıq qalmış qapısından yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Şirəliyev iyunun 4-də orada ölmüşdür.