Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Partlayıcı qurğular qoyulması barədə yalan məlumat vermiş İsmayıllı rayon sakini Ənvər Adıgözəlov saxlanılmışdır

29.05.2013

Mayın 31-də saat 04.40 radələrində İsmayıllı rayon sakini Ənvər Adıgözəlov mobil telefonla DİN-in "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın  Nizami rayonu ərazisindəki "Bağırov körpüsü"nə, Xətai rayonu ərazisindəki "Xətai körpüsü"nə və Zabrat qəsəsbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğular qoyulmasını və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirmişdir.

Dərhal müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmamışdır.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən 1948-ci il təvəllüdlü Ə.Adıgözəlov saxlanılmış və onun orta dərəcəli sərxoş olması müəyyən edilmişdir.  
Araşdırma aparılır.

29.05.2013 tarixinə olan kriminal məlumatlar