Beyləqan rayon Bahar qəsəbə sakini Tural İmanova məxsus avtomaşında olan məişətdə istifadə edilən qaz balonu partlamışdır
27.05.2013Mayın 28-də saat 21.10 radələrində Beyləqan rayonunun Qəhrəmanlı və Bahar qəsəbələri arasında Bahar qəsəbə sakini Tural İmanova məxsus "VAZ-21011" markalı avtomaşında olan məişətdə istifadə edilən qaz balonu partlamışdır. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, yanıq xəsarəti almış T.İmanov və sərnişini, Bahar qəsəbə sakini Şəmşir Şükürzadə xəstəxanaya yerləşdirilmişdir.