Füzuli rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.05.2013Mayın 27-də saat 12.10 radələrində Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində Aşağı Seyidəhmədli kənd sakini Valəddin Kazımov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla qəsəbə sakini, azyaşlı Nurcan Əliyevanı vurmuş və idarəetməni itirdiyindən avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış N.Əliyeva və V.Kazımovun sərnişini, Qayıdış-2 qəsəbə sakini Bəhlul Nəsirov xəstəxanaya yerləşdirilmiş, N.Əliyeva orada ölmüşdür.
Füzuli RPİ tərəfindən araşdırma aparılır.