Bərdə rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.05.2013Mayın 25-də saat 00.40 radələrində Bərdə rayonunun Poçtbinə kəndi ərazisində Goranboy rayon sakini Qurban Əliyevin idarə etdiyi "VAZ-21093" markalı və sürücüsünün hələlik müəyyən edilmədiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Əliyev hadisə yerində ölmüş, "Mercedes"in sürücüsü avtomaşını hadisə yerində ataraq qaçmışdır.
BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.