Neftçala rayonu ərazisində "VAZ-2107" markalı avtomaşınla "MT-10" markalı motosiklet toqquşmuşdur
19.05.2013Mayın 20-də saat 20.15 radələrində Neftçala rayonu ərazisində rayon sakinləri Səlim Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Taleh Eynullayevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "MT-10" markalı motosiklet toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Eynullayev orada ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.