Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.05.2013Mayın 19-da saat 10.30 radələrində Abşeron rayonu ərazisində Şəki rayon sakini Orxan Lətifov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən Ceyranbatan qəsəbə sakini İntizar Nağıyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Nağıyeva orada ölmuşdur.
BDYPİ tərəfindən araşdırma aparılır.