Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
18.05.2013Mayın 19-da saat 09.00 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Aşur Məmiyev idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə A.Məmiyevin sərnişini, anası Urqiyyə hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, şəhər sakini Hətəmxan Quliyev isə xəstəxanaya yerləşdirilmişlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.