Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
17.05.2013Mayın 18-də saat 07.45 radələrində Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində DİN DQBİ-nin “N” saylı hərbi hissənin çavuşu Seymur Əliyev idarə etdiyi “RAF” markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə S.Əliyev və sərnişinləri, çavuşlar Rəşad Adıgözəlov, Ayaz Bayramov, Elmir İsmayılov, Əlibəy İsmiyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Əfqan İsgəndərov, Fariz Məmmədov, Elnur Həsənov, Ruslan Musayev, Namiq İsayev və İsmayıl Ağalızadə xəstəxanaya yerləşdirilmişlər.
Araşdırma aparılır.