Quldurluq etmiş Bakının Buzovna qəsəbə sakini Samir Əliyev tutulmuşdur
12.05.2013Mayın 13-də Bakının Buzovna qəsəbə sakini Sevda Burcəliyevanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs bıçaqla onu hədələyib pul verməsini tələb etmiş, sonuncu səs-küy saldığından istədiyinə nail ola bilməyib hadisə yerindən qaçmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Samir Əliyev tutulmuş, onun üzərinə baxış zamanı 0,168 qram heroin aşkar edilərək götürülmüşdür.