DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

08.01.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsi və onun Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Yevlax və Ağcabədi rayonları ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağcabədi rayon sakini Rafiq Səfiyev 200 qram heroini satarkən tutulmuşdur. R.Səfiyevin evinə baxış zamanı əlavə 806 qram heroin aşkar edilərək götürülmüşdür. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Qafarovdan 0,214 qram heroin, 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Qəhrəmanovun evinə baxış zamanı 0,185 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Xasayevdən 0,213 qram heroin, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sahil qəsəbə sakini Famil Bağırovdan 0,209 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xəqani Həşimovdan 0,208 qram heroin, Naxçıvan ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakinləri Fariz Allahverdiyevdən 4,11 qram heroin, Malik Əsgərovdan isə 108,619 qram marixuana götürülmüşdür.