Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
03.05.2013Mayın 4-də saat 19.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri Malik Ələkbərovun idarə etdiyi "Mercedes" markalı və Ramin Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Ağayev və sərnişinlərindən Sevinc Ələsova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Azadə Vəliyeva, habelə M.Ələkbərov xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.