DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Mirzəxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

06.01.2007

Saat 17.00 radələrində Bərdə rayonunun Mirzəxan kəndi ərazisində, kənd sakini Elnur Alıyevin idarə etdiyi "VAZ-2108" markalı və Şəmkir rayon sakini Şükür Adıgözəlovun idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, E.Alıyevin sərnişinlərindən həmkəndliləri Kəmalə Muradova ölmüş, xəsarət almış E.Alıyev, Turanə Əliyeva, Şəbnəm Orucova, Gülnar Mustafazadə, eləcə də Ş.Adıgözəlov və sərnişinləri, bacıları Rəsmiyyə və Ceyran xəstəxanaya yerləşdirilmişlər.